Modern.az

"Bakqaz" 24 sənaye obyektini məhkəməyə verib

"Bakqaz" 24 sənaye obyektini məhkəməyə verib

Təhsil

15 Yanvar 2010, 16:04

“Azəriqaz” İB-nin Bakı şəhəri Qaz İstismarı İdarəsi abunəçilər və sənaye müəssisələri tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması və debitor borcların tələb olunmasına dair iddialarla məhkəməyə müraciət edib.
Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadıən xəbər verir ki, Bakı şəhəri Qaz İstismarı İdarəsi yerli iqtisad məhkəmələrinə sənaye obyektləri üzrə istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcların tələb olunmasına dair ümumilikdə 24 iddia ərizəsi ilə müraciətlər edib. 2009-cu ildə əhali abunəçiləri tərəfindən 737 sayğaca müdaxilə, 14661 sayğacdankənar əlavə xəttin çəkilməsi və təbii qazdan digər qeyri-qanuni istifadə hallarına dair 3903 fakt aşkar edilərək müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Aşkar edilmiş qanunsuzluqlar zamanı Bakı şəhəri Qaz İstismar İdarəsinə dəymiş ziyan hesablanaraq ödənilib. Bundan başqa, qaz kəmərlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililərin sökülməsi barədə yerli məhkəmələrdə 103 iddia qaldırılıb, bunlardan 47-si tam təmin olunub. Digər işlər isə məhkəmə icraatındadır.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?