Modern.az

Ukraynada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

Ukraynada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

Təhsil

18 Yanvar 2010, 02:30

Yanvarın 17-də Ukraynada narıncı inqilabdan sonra ilk prezident seçkiləri keçirildi. Prezident postu uğrunda 18 namizəd mübarizə aparıb. Bunlar Viktor Yuşşenko, Yuliya Timoşenko, Viktor Yanukoviç, Arseni Yatsenyuk, Sergey Tiqipko, Vladimir Litvin, Aleksandr Moroz, Petr Simonenko, Anatoli Qritsenko, Yuri Kostenko, İnna Boqoslovskaya, Oleq Tyaqnibok, Lyudmila Suprun, Sergey Ratuşnyak, Oleq Ryabokon, Aleksandr Pabat, Mixail Brodski və Vasili Protıvsix idi.
Əsas mübarizənin indiki prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və Regionlar partiyasının lideri Viktor Yanukoviç arasında olacağı gözlənilirdi.
Dünən gecə saatlarında məlum olub ki, hazırki prezident Viktor Yuşşenko seçicilərin etimadını qzana bilməyib. Belə ki, ilkin məlumatlarda seçkidən iki ad qalib çıxıb. Seçki qutularından çıxan nəticələrə görə, müxalifətin Rusiya meyilli namizədi Viktor Yanukoviç ilə baş nazir Yuliya Timoşenko ikinci turda mübarizə aparacaqlar. İkinci tur fevralın 7-də keçiriləcək. 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlarda Yanukoviçin 35, Timoşenkonun isə 27 faiz səs topladığı bildirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?