Bu gün Yasamal rayonundakı «20 Yanvar» dairəsində tikilən 20 yanvar» abidə komleksinin açılışı olub. 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleksin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Qeyd edək ki, 1990-cı ildə Bakıya hücum edən sovet qoşunları bu istiqamətdən də şəhərə daxil olub. Ordu dinc insanlara atəş açıb, burada çoxlu sayda ölənlər olub. «20 yanvar» abidəsinin yerləşdiyi ərazidə bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə vardı. Bakıda kütləvi qırğından sonra həmin abidə söküldü.