Modern.az

Bir ildə Azərbaycanda 5314 hüquqi şəxs yaradılıb

Bir ildə Azərbaycanda 5314 hüquqi şəxs yaradılıb

Təhsil

21 Yanvar 2010, 10:41

2009-cu ildə hüquqi şəxslərin sayı artmaqda davam edib. Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində qeydiyyata alınmış 5314 hüquqi şəxsin 195-i dövlət mülkiyyətinə, 1-i bələdiyyə mülkiyyətinə, 4529-u xüsusi mülkiyyətə mənsubdur. Onların 463-ü tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir. Yeni müəssisələrin 65.5 faizi Bakıda, 11.6 faizi Aran, 5.7 faizi Abşeron, 5.0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb. Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 37918 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?