Modern.az

İrəvandan Ankaraya mesaj: “Ermənistan adekvat addım atacaq”

İrəvandan Ankaraya mesaj: “Ermənistan adekvat addım atacaq”

Təhsil

22 Yanvar 2010, 12:31

Bu gün Ermənistan parlamentinin spikeri Ovik Abramyan  Avropa İttifaqının Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Piter Semnebi ilə görüşüb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Cənubi Qafqaz regionundakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı yaranmış indiki durum və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə atılan səylər müzakirə mövzusu olub. Erməni spiker Türkiyə- Ermənistan münasibətlərindən danışarkən Ankaranı tənqid edib. O qeyd edib ki, əgər Türkiyə ikitərəfli  münasibətlərin normallaşması prosesini pozmağa cəhd edərsə, onda rəsmi İrəvan da adekvat addım atacaq. Onun sözlərinə görə, Ankara sənədlərin ratifikasiyası  və həyata keçirilməsi prosesində ardıcıl olmalı,  Ermənistanla nizamlama prosesinin pozulması istiqamətində addımlardan çəkinməlidir. Spiker ümidvar olduğunu bildrib ki, Ankara Sürix protokollarına sadiq qalacaq. Semnebinin xahişinə uyğun olaraq Abramyan Ermənistanda protokolların ratifikasiyası prosesini təqdim edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?