Modern.az

Ramiz Mehdiyev: “Ermənistan Qarabağ münaqişəşinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tanıyıb”

Ramiz Mehdiyev: “Ermənistan Qarabağ münaqişəşinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tanıyıb”

Təhsil

22 Yanvar 2010, 13:13

“Bu gün Ermənistan özü Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında  həlli zəruriliyini tanıyıb”. Modern.az-ın məlumatına görə,  bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunun açılışında bildrib. 

 

“Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanın;r. Ərazi bütövlüyü şübhəsiz ki, bərpa olunmalıdır”-deyə Ramiz Mehdiyev bəyan edib. O, xatırladıb ki, ötən ilin sonlarında Afinada ATƏT ölkələri XİN başçıları Şurasının iclası çərçivəsində imzlanmış sənəddə də bu məsələ əksini tapıb.

 

“İlk dəfə olaraq bütün münaqişə dövrü ərzində Ermənistan bu sənədə qoşulub, Ermənistan problemin həllinin  məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu  tanıyıb. Beləliklə də ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinin qarşı-qarşıya qoyulmasının mürəkkəb dövrü başa çatıb”-deyə Prezident Administrasiyasının başçısı bildirib.

 

Ramiz Mehdiyev münaqişənin Rusiya KİV-də daha obyektiv işıqlandırılması zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bu mövzuya mürəciət jurnalistlərdən yüksək peşəkarlıq və hazırlıq tələb edir.

 

Öz çıxışında Ramiz  Mehdiyev Azərbaycan-Rusiya əlaqələrinə də toxunub. O ikitərəfli əlaqələrin  dərin tarixi köklərə söykəndiyini deyərək, bu münasibətlərin  yüksək səviyyədə davam etdirildiyini bildirib. O, qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi üçün mühüm addımlar atıldığını qeyd edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?