Modern.az

“İpək yolu” ilə Azərbaycan ərazisindən 206,7 milyon sərnişin daşınıb

“İpək yolu” ilə Azərbaycan ərazisindən 206,7 milyon sərnişin daşınıb

Təhsil

18 Fevral 2010, 16:57

2009-cu ildə “İpək yolu” dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 47,4 milyon ton yük, 206,7 milyon sərnişin daşınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 40,6 faizi dəmir yolu, 42,5 faizi avtomobil, 16,9 faizi dəniz nəqliyyatı ilə daşınıb və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 25,0 faizini təşkil edib. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi əvvəlki illə müqayisədə 12,4 faiz artaraq 13,2 milyon ton təşkil edib, daşınmış yüklərin 48,6 faizi dəmir yolu, 51,4 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib. 2009-cu ildə daşımalardan 278,1 milyon manat gəlir əldə edilib, gəlirlərin 42,2 faizi dəmir yolu, 23,2 faizi dəniz, 34,5 faizi isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?