Modern.az

İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərini qəbul edib

İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərini qəbul edib

Təhsil

18 Fevral 2010, 18:28

Prezident İlham Əliyev fevralın 18-də Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aleksandr Şçıqlo Polşa Prezidenti Lex Kaçinskinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Görüşdə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərinin ölkəmizə səfərinin Azərbaycan ilə Polşa arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulanıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmçinin ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin regional əməkdaşlıq baxımından önəmi qeyd edilib.
İlham Əliyev Polşa Preidenti Lex Kaçinskinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Polşa dövlətinin başçısına çatdırmağı xahiş edib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?