Modern.az

ATƏT sədrlərinin yalançı sülh təklifləri və cəbhədəki itkilər

ATƏT sədrlərinin yalançı sülh təklifləri və cəbhədəki itkilər

Təhsil

18 Fevral 2010, 19:28

Bu gün Ermənistan Silahlı Qüvvələri günorta saatlarından başlayaraq Azərbaycan Ordusunun bir neçə istiqamətdə mövqelərini atəşə tutmağa başlayıb. Qoşunların  təmas xəttində baş vermiş  atışmada Azərbaycan Ordusunun iki əsgəri şəhid olub, iki əsgər yaralanıb. Onların hamısı snayper gülləsinə tuş gəliblər.

Baş verənlərlə bağlı bir daha ATƏT –in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev cənablarına bir sual vermək yerinə düşərdi. Saudabayev Qarabağa səfərində təmas xəttində snayperlərin aradan götürlməsini söyləyib. Cənab Saudabayevin xəbəri varmı ki, təmas xəttində snayperlər harada yerləşir və  atəşkəsi kim pozur? ATƏT sədrinin əsas missiyası məhz atəşkəsin pozulması riskinin və insan itkilərinin aradan qaldırılması və deməli hərbi əməliyyatların başlanması ehtimalının qarşısının alınmasından ibarət olmalıdır.  Bir–birini  əvəz edən  ATƏT sədrlərinin Qarabağa gedib-gəlib yalançı sülh təklifləri verməsi imitasiyadan başqa bir şey deyil.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?