Modern.az

Dalay Lama Amerikanı demokratiya çempionu adlandırıb

 Dalay Lama Amerikanı demokratiya çempionu adlandırıb

Təhsil

19 Fevral 2010, 01:53

Çinin etirazlarına baxmayaraq, Amerika  prezidenti Barak Obama fevralın 18-də Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb. Modern.az  xəbər veir ki,  Obama Vaşinqtona gələn Dalay Lamanı adətən prezidentin rəsmi görüşlər keçirdiyi Oval Ofisdə deyil, Ağ Evdəki Xəritə Otağında qəbul edib.  Ağ Evin sözçüsünün dediyinə görə, orada şəkillər çəkmək üçün jurnalistlərin daxil olmasına icazə verilməyib.

 

 

Dalay Lama Amerikanı ”demokratiya çempionu” adlandırıb.  Dalay lama və Barak Obama qapalı görüşdə  dini harmoniya, sülh uğrunda mübarizə və humanitar dəyərləri müzakirə ediblər. Tibetin dini lideri görüşdən sonra verdiyi açıqlamada Amerika prezidentinə onun ölkəsinə “demokratiya, azadlıq və insan dəyərlərinin çempionu” kimi  valeh olduğunu bildirdiyini deyib. Obama görüş zamanı Tibet və Çin arasında birbaşa dialoqa tərəfdarı olduğunu bildirib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı