Modern.az

İmtahan nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

İmtahan nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

Təhsil

30 Mart 2022, 13:56

Mart ayında keçirilmiş buraxılış imtahanlarının nəticələrinin nə vaxt elan olunacağı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 5-6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin aprelin 1-də, 12-13 martda keçirilmiş imtahan nəticələrinin isə aprelin 8-də elan olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda nəticələrin bu gün elan olunacağı iddia edilirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?