Modern.az

MİQ-də vakansiya nəticələri namizədlərə göndərilib

MİQ-də vakansiya nəticələri namizədlərə göndərilib

Təhsil

2 Avqust 2023, 09:56

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Təhsil İnstitutundan Modern.az-a bildirilib ki, 26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

 

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!