Modern.az

Erməni əsgər Azərbaycan tərəfinə keçib - HADİSƏ

Erməni əsgər Azərbaycan tərəfinə keçib - HADİSƏ

Təhsil

8 Avqust 2013, 15:01

Avqustun 7-dən 8-nə keçən gecə saat 3.00 radələrində Dağlıq Qarabağdakı separatçı rejimin əsgəri 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.
Modern.az saytının məlumatına görə, bu barədə erməni KİV-ləri məlumat yayıblar.
”Armenia today” saytı separatçı rejimə istinadən bildirib ki,  hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası faktı təsdiqləyib və əlavə məlumatın veriləcəyi bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?