Modern.az

Ağalı məktəbinin iki məzunu tələbə oldu

Ağalı məktəbinin iki məzunu tələbə oldu

Təhsil

1 Sentyabr 2023, 16:32

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbindən 30 ildən sonra məzun olan şagirdlərdən 2-si tələbə adını qazanıb.

 

Modern.az xəbər verir ki, onlardan biri universitetdə, digəri isə kollecdə təhsillərini davam etdirəcək.

 

Ağalı kənd məktəbindən bu il 4 şagird məzun olub. Qəbul imtahanlarından uğurla keçən Sənan Əliyev Bakı Avrasiya Universitetinin marketinq ixtisasına, Səid Abdullazadə isə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Turizm işinin təşkili fakültəsinə daxil olub.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?