
Dünya şöhrətli alim, qeyri səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə azərbaycanlı həmkarı və elmi varisi professor Rafiq Əliyevə son elmi tədqiqatları barədə məktub yollayıb. Məktubda Rafiq Əliyevin son elmi nailiyyəti olannəəzriyyələrin cəm aldığı kitaba yazdığı ön söz də yer alır. Modern.az saytı həmin məktubu və ön sözü təqdim edir:
- Əziz, Rafiq,
Yeni kitabına yazdığım ön sözü sənə göndərirəm.
Sənin elmi işinin hədsiz vacibliyini qiymətləndirmək çox çətindir. Xahiş edirəm bu böyük nəaliyyətin münasibətilə mənim səmimi hisslərimi və təbriklərimi qəbul edəsən.
Dərin hörmətlə və vurğunluqla Lütfi Zadə
Ön söz
“Professor Əliyevin fundamental əsəri olan “Mükəmməl olmayan informasiya şəraitində Qərar Qəbuletmə Nəzəriyyəsi (professor Lütfi Zadənin ön sözü ilə)”, qeyri-müəyyən, qeyri-dəqiq, natamam və ya qismən doğru informasiya olan mühitdə qərarların verilməsini ehtiva edən, elmdə yeni cığır açmış innovasiyalı bir töhfədir. Real həyat şəraitində bu cür informasiya daha çox normadır, nəinki istisna. Professor Əliyevin işi mövcud qərarvermə nəzəriyyələrinə əsaslanaraq, onları xeyli geridə buraxır.
Qərar qəbuletmə nəzəriyyəsi, hazırda bildiyimiz kimi, Von Neumann və Morgenstern`ın oyunlar və iqtisadi davranış nəzəriyyəsi inqilabi işindən irəli gəlir. Von Neumann və Morgenstern'ın parlaq əsəri mühüm həcmdə işlərə yol açmışdır. Qərar qəbuletmə nəzəriyyəsinin təkamülündə mühüm irəliləyiş 1979-da Kahneman və Tversky tərəfindən Perspektiv nəzəriyyənin qurulması olmuşdur ki, onlara 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı gətirmişdir. Perspektiv nəzəriyyəsi real həyat problemlərində qərar vermə nəzəriyyəsinin imkanlarını xeyli artırmışdır. Professor Əliyevin fundamental işində mövcud qərar qəbuletmə nəzəriyyələrinin çox dərin və təfərrüatlı kritik analizi verilib. Mövcud nəzəriyyələrdə dərin, ciddi və aydın çox şey var. Lakin, başlıca problem var ki, mövcud nəzəriyyələr klassik, Aristotel, bivalent məntiqə əsaslanır. Bivalent məntiq qeyri-müəyyənliyə və həqiqətin natamamlığına qarşı acizdir. Fundamental olaraq, bivalent məntiq real dünyanın hərtərəfli qeyri-müəyyənliyi ilə işləmək üçün düzgün seçim deyil. Professor Əliyevin işi qərar qəbuletmə nəzəriyyəsinin bünövrəsini bivalent məntiqdən qeyri-səlis məntiqə keçirir. Qeyri-səlis məntiq elə düşüncə və hesablama sistemidir ki, burada düşüncə və hesablama obyektləri sərhədsiz siniflərdir. Real dünyada belə siniflər normadır, nəinki istisna. Qeyd etmək vacibdir ki, təbii dildə demək olar ki bütün sözlər qeyri-müəyyən çərçivəli sərhədsiz siniflərin etiketləridir. Məsələn, hündür, ucuz, sürətli, adətən, çox, ehtimal ki, və sairə. Bu cür sözlərin mənasının ehtimallar paylanmaları ilə təmsili effektiv deyildir. Qərar qəbuletmə nəzəriyyəsinin əhatə dairəsində xüsusilə vacib olan – qeyri-dəqiq ehtimalların və qeyri-dəqiq nəticənin qeyri-səlis ehtimallar və qeyri-səlis nəticələr kimi təmsil edilməsidir. Professor Əliyevin işində bu və digər konsepsiyaların təbii dillə ifadə edilməsinə geniş yer verilir. Professor Əliyevin işinin əsas töhfələrindən biri təbii dillə ifadə edilmiş informasiya ilə qərarvermə və hesablama üçün konsepsiyanın qurulmasıdır.
Təbii dillə hesablamada vacib rol oynayan konsepsiya – mənanın dəqiqləşməsidir. Qeyri-formal olaraq, əgər p təbii dildən götürülmüş müddəadırsa, onda onun mənası onun tam müəyyən riyazi formada göstərməklə dəqiqləşdirilir. Daha konkret olaraq, p dəyişən X barədə informasiya daşıyıcısı olaraq nəzərə alınır ki, o ümumilikdə p ilə nəzərdə tutulmuşdur. X barədə informasiya ona icazə olunan dəyərlərdə məhdudiyyət kimi görünə bilər. Çoxlu növ məhdudiyyətlər var. Əsasən, məhdudiyyətlər ehtimal, mümkün və ikimodaldır. İkimodal məhdudiyyət ehtimal və mümkün məhdudiyyətlərin qarışığıdır. Məsələn, ehtimal var ki, X kiçikdir – bu ikimodal məhdudiyyətdir. İri ölçüdə, təbii dil əsasən ehtimal və ikimodal məhdudiyyətlərin toplusudur. Buna görə, məhdudiyyət konsepsiyası professor Əliyevin işində vacib rol oynayır.
Mövcud qərarvermə və iqtisadi davranış nəzəriyyələrində qeyri-müəyyən informasiyaya yalnız və yalnız ehtimal nəzəriyyəsi ilə təmsil edilir. Geniş yayılmış fikir odur ki, ehtimal nəzəriyyəsi hər hansı qeyri-müəyyənlik ilə işləmək üçün kifayətdir. Bu, Bayes doktrinin özülüdür. Narazılar, o cümlədən, professor Əliyev və mən bu fikir ilə razı deyilik. Daha konkret, qeyri-müəyyənliyin üç əsas növü var.
1 növ qeyri-müəyyənlik təsadüfilikdən irəli gəlir. 2 növ informasiyanın natamamlığından irəli gəlir. 3 növ sinif çərçivəsinin qeyri-dəqiqliyindən (qeyri-səlisliyindən) irəli gəlir.
Ehtimal nəzəriyyəsi 1 növ qeyri-müəyyənliklə bağlıdır. Lakin, illərlə ehtimal nəzəriyyəsi 2 növ qeyri-müəyyənliyi əhatə etmək üçün öz əhatəsini genişləndirilməsi istiqamətində inkişaf etmişdir. Bayesianizm bu keçidin göstəricisidir.
Ziddiyyətli məsələ - 3-cü növ qeyri-müəyyənlik ilə işləmək üçün ehtimal nəzəriyyəsi doğru seçimdirmi? Mənim fikrimcə, yox, deyil. 3-cü növ qeyri-müəyyənlik ilə işləmək üçün qeyri-səlis məntiq və onun vacib tərkib hissəsi olan mümkünlük nəzəriyyəsi tələb olunur.
Ehtimal nəzəriyyəsi və mümkünlük nəzəriyyəsi məğzi fərqli olan fərqli nəzəriyyələrdi. Qeyri-səlis məntiq mövcud qərarvermə və iqtisadi davranış nəzəriyyələrində elə də çox rol oynamır. Bundan çox fərqli olaraq, qeyri-səlis məntiq Əliyyevin nəzəriyyəsində çox vacib rol oynayır.
Professor Əliyevin nəzəriyyəsini anlamaq üçün qeyri-səlis məntiq ilə tanış olmaq lazımdır. Bu nəzəriyyə qeyri-səlis məntiqin çox anlaşılan və avtoritet nümayişini ehtiva edir. Cəlbedici odur ki, bu nəzəriyyədə qeyri-səlis məntiqin bəsit instrumentləri deyil, qabaqcıl konsepsiyalar və üsullar tətbiq edilir. Xüsusilə, Əliyev nəzriyyəsi genişləndirilmiş qeyri-səlis məntiq, qeyri-səlis həndəsə və Z-ədədlər hesabını ehtiva edir.
Z-ədədin ifadəsi belədir (dəyişənin dəyəri, dəyərin müəyyənliyi). Adətən Z-ədədin komponentləri təbii dildə ifadə edilir. Məsələn, (Yüksək mükafat, kiçik ehtimal). Z-ədədlər barədə vacib olan odur ki, real dünya şəraitində qeyri-müəyyənliyin çoxu dəyəri Z-ədədlər olan dəyişənlərdən ibarətdir.
Professor Əliyevin işi yeni konsepsiyalar, yeni metodlar və yeni ideyalar ilə həmsərhəddir. Mənim üçün, professor Əliyevin qurduğu, real dünyada geniş spektrli tətbiqi olacaq nəzəriyyənin fundamental əhəmiyyətini təsvir edən adekvat sözləri tapmaq çətindir. Professor Əliyevin ön sözü özü özündən xəbər verir.
Professor Əliyev və onun nəşriyyatçısı olan World Scientific Publisherə innovasiyalı, qərarvermə nəzəriyyəsinin metodologiyasında və iqtisadi davranışın modelləşməsində dərin dəyişikliklərə yol açan bir kitabın nəşr edilməsinə görə alqış düşür. Professor Əliyevin fundamental əsəri sadə bir kitab deyil, diqqətli yanaşma və analiz tələb edir. Professor Əliyevin qurduğu dərin nəzəriyyənin anlaşılması xeyli vaxt və səy tələb edir ki, professor Əliyevin ideyalarının zənginliyi, əhəmiyyəti, orijinallığı ilə əsaslanıb.
Lütfi A. Zadə
Berkli, CA
Fevral , 2014.”