Modern.az

Məktəblərdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Məktəblərdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Təhsil

Bu gün, 12:37

Ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində şagirdlər, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik olaraq 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik. Bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirir, eyni zamanda müəyyən hallarda fikir ayrılıqları və münaqişələrin yaranmasını da qaçılmaz edir.

Modern.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə qeyd edib.

"Bununla belə, 1,5 milyondan artıq şagird kontingenti fonunda münaqişələrdə iştirak edənlərin sayı olduqca kiçik bir hissəni təşkil edir. Cəmiyyətdə daha çox məhz baş vermiş hadisələr görünür və müzakirə olunur. Halbuki hər gün məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin peşəkar və operativ müdaxiləsi nəticəsində çoxsaylı potensial münaqişələr böyümədən, konstruktiv şəkildə həllini tapır".

O bildirib ki, bu baxımdan təhsil işçilərinin əməyini xüsusi qeyd etmək və onların fəaliyyətinə ictimai dəstəyi gücləndirmək vacibdir.

Eyni zamanda vurğulanıb ki, baş vermiş münaqişələrin təkrarlanmaması üçün profilaktik tədbirlərin genişləndirilməsi, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb-valideyn əməkdaşlığının daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.

Eşqi Bağırov əlavə edib ki, mütəmadi olaraq DİN və aidiyyəti digər qurumlarla birgə məktəblərdə reydlər təşkil edilir. Şagird intizam qaydalarına əsasən məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında aşkar olunması halları ciddi nəzarətə götürülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!