Modern.az

Mübariz Qurbanlı ABŞ-lı diplomatla dini durumu müzakirə etdi

Mübariz Qurbanlı ABŞ-lı diplomatla dini durumu müzakirə etdi

Təhsil

8 Avqust 2014, 10:54

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib.

  Modern.az xəbər verir ki, D.Hoqan Azərbaycandakı tarixi tolerantlıq mühitini yüksək dəyərləndirərək bildirib ki, bu sahədə ölkəsi ikitərəfli əməkdaşlığa hazırdır. Azərbaycanda dövlət-din münasibətləri, dini durum və tolerantlıq mühitindən danışan M.Qurbanlı sözügedən sahədə Dövlət Komitəsinin ikitərəfli əməkdaşlığa hazır olduğunu qeyd edib.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin olunur və hökumət dini qurumlara bütün zəruri şərait yaradır və bundan sonra da yaradacaq. 

Elmin Nuri  
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?