Modern.az

Cəbhə bölgəsində toydur - FOTOLAR

Cəbhə bölgəsində toydur - FOTOLAR

Təhsil

8 Avqust 2014, 14:23


Hazırda bir qrup jurnalist cəbhə xəttindəki vəziyyətlə yerində tanış olmaq üçün  Qarabağ bölgəsindədir. Modern.az saytının cəbhəyə ezam olunmuş əməkdaşı  xəbər verir ki, hazırda bölgədə hər an atəş səsləri eşidilsə də, yerli əhali öz həyatlarını həmişəki axarı ilə davam etdirirlər.  
Güllə səslərinə adət etdiklərini deyən sakinlər əməkdaşımıza bildiriblər ki, hər gün öz işlərinə narahat olmadan davam edirlər. Hətta ev tikən, toy edənlər də var...

Bölgəyə ezam olunmuş jurnalistlər Ağdamın Xındırıstan kəndində belə toylardan birində iştirak da ediblər. Kənddəki “Sevinc” şadlıq evində Quzanlı sakini Nizami Məmmədov və  Goranboy sakini Nərminin toy mərasiminə jurnalistlərin də qatılması əhval-ruhiyyəyə rəng qatıb. Bakıdan getmiş nümayəndələrdən biri, “Ordunun Dostları Klubu”nun rəhbəri Emin Həsənlinin toyda “Qarabağ” şikəstəsi sifariş etməsi mərasimdə iştirak edənlərin ovqatını daha da yüksəldib.

Şadllıq evinin sahibi jurnalistlərə bildirib ki, iki gün öncə də burada toy mərasimi keçirilib və bundan sonra da olacaq. Onun sözlərində görə, sakinlər erməni atəşindən qorxmur. Ermənilərin atəşləri onları şadyanalıqlardan saxlamır...




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?