Modern.az

Deputat: “Erməninin əsir düşməsi girovlarımızın qaytarılmasında mühüm rol oynaya bilər”

Deputat: “Erməninin əsir düşməsi girovlarımızın qaytarılmasında mühüm rol oynaya bilər”

Təhsil

8 Avqust 2014, 15:05

 

“Mən düşünürəm ki, bizim əsgərlər erməni tərəfdən əsir alıblarsa, onu girovlarımızla dəyişmək olar”.

Bunu Modern.az saytına açıqlamasında millət vəkili Yevda Abramov girovluqda olan Şahbaz Quliyev, Dilqəm Əhmədovun, həmçinin öldürülərək Dağlıq Qarabağda dəfn edilən Həsən Həsənovun meyitinin geri qaytarılması məsələsindən danışarkən deyib.

“Onların hansı səbəbdən girov düşdüyü araşdırılmalıdır. Heç kim könüllü giorv düşmür. Amma istisnalar olur ki, ermənilər özləri istəyərək, Azərbaycan tərəfə keçirlər. Mətbuat belə halları işıqlandırır. Düşünürəm ki,erməni tərəfdən bir diversantın əsir düşməsi 2 girov və 1 meyitimizin geri qaytarılmasını tezləşdirəcək”.

Qeyd edək ki, Dilqəm Şahbazov, Şahbaz Quliyev və Həsən Həsənov erməni tərəfindən giov götürülüb. Sonuncu ermənilər tərəfindən öldürülüb və ermənilər onun meyitini geri qaytarmayaraq, BQXK-nin nümayəndələrinin iştirakı ilə Dağlıq Qarabağda dəfn edilib. Həsən Həsənovun meyitinin dəfn edilməsini isə “meyiti saxlamaq üçün texniki imkanlarımız yoxdur”, deyə bəhanə gətiriblər.

Məlumat üçün bildirək ki, dünən erməni diversant Karen Petrosyan sərhəddi keçərkən saxlanılıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?