Böyük Britaniyanın Mausholl şəhərində maraqlı hadisə baş verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, toy öncəsi öz uşaqlıq şəkillərinə baxan Nik Uiler və Eymi Meyden gözlənilməz tapıntı ilə üzləşiblər. Belə ki, Nik Uiler uşaqlıq şəkillərindən birinin arxa planında öz həyat yoldaşı Eymi Meydeni tanıyıb. 1994-cü ildə çəkilən şəkildə hələ gələcəkdə ailə həyatı quracaqlarından xəbərsiz olan ingilis cütlük təsadüfən eyni kadra düşüb.