Modern.az

“Qızıl Xaç Komitəsi meyitləri qaytarmağın təşkilinə hazırdır, amma tərəflər razılığa gəlsin”

“Qızıl Xaç Komitəsi meyitləri qaytarmağın təşkilinə hazırdır, amma tərəflər razılığa gəlsin”

Təhsil

8 Avqust 2014, 16:33


“Beynəlxalq Qızıl Xaç Komitəsi birbaşa insanın ölüm səbəbinin araşdırılmasında səlahiyyətli deyil. Biz bu məsələlərə qarışmırıq. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşının da bugünkü ölüm səbəbi bizə məlum deyil”.

Bunu Modern.az saytına açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dedi.

Komitə rəsmisi bildirdi ki, erməni əsirin necə, hansı şəraitdə, saat neçədə ölməsi onlara məlum deyil.

Ermənistan vətəndaşının meyitinin qaytarılması məsələsinə gəlincə isə İlahə Hüseynova bunları söylədi: “Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti əsasında neytral vasitəçi olaraq əməliyyatda iştirak edə bilər”.

Azərbaycanlı girov Həsən Həsənovun meyitinin ölən Karen Petrosyanın meyitilə dəyişdirilməsi məsələsinə gəlincə isə “beynəlxalq hüquqda dəyişdirilmə anlayışı yox, geri qaytarılma anlayışı var. Tərəfələr razılğa gələrsə, Beynəlxalq Qızıl Xaç Komitəsi əməliyyatın təşkil olunmasına həmişə hazırdı”,- deyə İ.Hüseynova vurğuladı.

Qeyd edək ki, Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan dünən  əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 8-də səhər saatlarında Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?