Modern.az

Bakıdakı xarici hərbi attaşelər Müdafiə Nazirliyinə çağırıldı - FOTO

Bakıdakı xarici hərbi attaşelər Müdafiə Nazirliyinə çağırıldı - FOTO

Təhsil

8 Avqust 2014, 16:34

Avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək onları atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə təmin etmişlər.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?