Modern.az

Bağçalara növbəyə yazılma dayandırıldı

Bağçalara növbəyə yazılma dayandırıldı

Təhsil

Bu gün, 10:50

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi bu gündən müvəqqəti dayandırılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılıb.

Qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı