Modern.az

Mərkəzi Seçki Komissiyası daha bir neçə seçki müraciətlərinə baxıb

Mərkəzi Seçki Komissiyası daha bir neçə seçki müraciətlərinə baxıb

Təhsil

17 Noyabr 2010, 18:35

Noyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlərdən 5-i qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılıb, 2-si əsassız olduğundan təmin edilməyib, 1-i ilə bağlı mübahisə predmeti qalmadığından xitam verilib, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı