Modern.az

Həmrəylik günü münasibətilə VİDEOÇARX

Həmrəylik günü münasibətilə VİDEOÇARX

31 Dekabr 2021, 15:58

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar, birlik və həmrəyliklərini nümayiş etdiriblər.

 

Videoçarxın bədii hissəsi ABŞ-ın Nyu York şəhərində çəkilib. Dövlət Himnimizin sözləri alt yazı ilə ingilis dilində təqdim edilib. Videoçarx “Dünyanın harasında olursan ol, əgər azərbaycanlısansa, zaman yetişəndə hamı bir olub və bir olacaq!” fikri ilə tamamlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu