Modern.az

Diaspor qurumlarının rəhbərləri Şuşada - YENİLƏNİB

Diaspor qurumlarının rəhbərləri Şuşada - YENİLƏNİB

Diaspor

21 Dekabr 2022, 12:23

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirir.

 

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

 

Forumda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü və digər rəsmi şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, dekabrın 20-də Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın diaspor məsələlərinə məsul qurumları arasında anlaşma memorandumları imzalanıb.

 

***

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin Şuşaya səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, hazırda diaspor nümayəndələri Şuşada aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olurlar.

 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə ötən gün Bakıda beynəlxalq forum təşkil olunub. 

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondunun Beynəlxalq şöbəsinin müdiri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü iştirak ediblər.

 

Ötən gün tədbir çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır