Modern.az

Öldüyü deyilən Xamenei açılışda - FOTO

Öldüyü deyilən Xamenei açılışda - FOTO

3 Oktyabr 2022, 13:40

Bu gün səhər saatlarında İranın ali dəhbəri Seyid Əli Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirilib.

 

Modern.az İRNA-ya istinadən xəbər verir ki, İmam Həsən adına Polis Akademiyasının həyətinə daxil olan ayətullah Xamenei meydandakı polis, sərhəd xidməti və yol polisi birləşmələrini salamlayıb.

 

Mərasimdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı general Hüseyn Səlami, ordu komandanı general-mayor Əmir Musəvi, daxili işlər naziri Əhməd Vəhidi və müdafiə naziri general Məhəmmədrza Qarai Aştiani də iştirak ediblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır