Bu gün Qırğızıstan parlamentində yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bildirilib ki, parlament binasının zirzəmisində baş vermiş yanğından sonra bina boşaldılıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada yanğının söndürüldüyü, ölən və xəsarət alanın olmadığı bildirilib.
Yanğının səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Akif İsmayılov