Modern.az

Müharibə bitsə də, münasibətlər düzəlməyəcək – NATO

Müharibə bitsə də, münasibətlər düzəlməyəcək – NATO

7 Dekabr 2022, 12:56

NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Rusiya ilə münasibətlərindən danışıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, münasibətlərin normallaşmasının avtomatik baş verməyəcəyini vurğulayıb.

 

“Ukraynadakı münaqişənin başa çatması avtomatik olaraq NATO-nun Moskva ilə münasibətlərinin normallaşmasına gətirib çıxarmayacaq”, - deyə Stoltenberq söyləyib.

 

Qeyd edək ki, bu ilin 24 fevral tarixində Rusiyanın Ukrayna ərazilərinə hücum etməsindən sonra başlayan müharibə hələ də davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Moskvanın bu addımı Qərb ölkələrinin kəskin etirazına səbəb olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi