Modern.az

“Tavan qiymət” siyasətinə cavabımız yoxdur - Peskov

“Tavan qiymət” siyasətinə cavabımız yoxdur - Peskov

7 Dekabr 2022, 15:10

“Rəsmi Moskva hələlik “tavan qiymət” qərarını analiz edir”.

 

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Hələ ki Rusiya neftinə “tavan qiymət” qoyulması siyasətinə cavab formalaşdırılmayıb. Hazırda qərar analiz edilir. Cavab tədbirləri ilə bağlı yekun qərar bundan sonra qəbul ediləcək”, - deyə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, Qərb ölkələri Ukraynadakı müharibə səbəbi ilə Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırmaq üçün bu ölkədən neft idxal edərkən maksimum qiymətin müəyyənləşdirilməsi ilə bağlı “tavan qiymət” barədə razılığa gəliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir