Modern.az

NATO-nun nazirləri bir araya gəlir

NATO-nun nazirləri bir araya gəlir

Dünya

25 Yanvar 2023, 18:43

NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

Görüş mayın 31-də Norveçdə baş tutacaq.

 

Təşkilatın baş katibi Yens Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.

 

Görüş iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir