Modern.az

Keçmiş vitse-prezident də ABŞ prezidenti olmaq istəyir

Keçmiş vitse-prezident də ABŞ prezidenti olmaq istəyir

5 İyun 2023, 21:11

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bu gün  2024-cü il ABŞ prezident seçkilərində iştirak etmək üçün Federal Seçki Komissiyasına ərizə verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" və AP agentlikləri məlumat yayıb.

 

Bildirilir ki, o, Respublikaçılar Partiyasından namizəd olacaq. 

 

Agentliklərin məlumatına görə, Pens seçki kampaniyasına iyunun 7-si günü Ayova ştatında çıxışı ilə başlayacaq. O, videoçarx da yayımlamağı planlaşdırır. AP qeyd edir ki, həmin gün onun ad günüdür, Pensin 64 yaşı tamam olacaq.

 

Mayk Pens Donald Tramp administrasiyasında vitse-prezident olub. Respublikaçılar Partiyasından prezidentliyə ümumilikdə 14 namizədin mübarizə aparacağı gözlənilir. Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Florida ştatının qubernatoru Ron DeSantis, Cənubi Karolina senatoru Tim Skott, iş adamı Vivek Ramasvami, Arkanzas ştatının qubernatoru Asa Hatçinson, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli və radio aparıcısı Larri Elder yarışda iştirak edəcəklərini açıqlayıb. Respublikaçıların praymerizinə əsas namizəd Donald Trampdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər