Modern.az

Türkiyədə ağır qəza: 14 yaralı 

Türkiyədə ağır qəza: 14 yaralı 

8 İyun 2023, 23:34

Türkiyənin Bursa bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilib ki, qəza nəticəsində 14 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə çoxlu sayda polis və xilasedici cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!