Modern.az

Ukraynaya kütləvi raket hücumu - Ölən və yaralılar var 

Ukraynaya kütləvi raket hücumu - Ölən və yaralılar var 

13 İyun 2023, 08:56

Rusiya ordusu gecə saatlarında Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərinə kütləvi raket hücumu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin yerləşdiyi Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lisak "Telegram" kanalında məlumat yayıb.

 

Onun sözlərinə görə, zərbələr nəticəsində ölən və yaralananlar var.

 

Krivoy Roqun meri Aleksandr Vilkul bildirib ki, şəhərdə bir neçə mülki obyekt, o cümlədən beş mərtəbəli bina vurulub. “Yəqin ki, dağıntılar altında insanlar var”, - o qeyd edib.

 

Səhər saatlarında bütün Ukraynada hava hücumu sirenləri səslənib, Kiyevin ərbi rəsmiləri paytaxtı hədəf alan Rusiya raketlərinin hamısının məhv edildiyini diqqətə çatdırıblar.

 

Ukraynanın ali hərbi komandanlığı bildirib ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın atdığı 14 qanadlı raketdən 10-nu və İran istehsalı olan dörd pilotsuz uçuş aparatından birini məhv edib.

 

Ukraynanın şərqindəki Xarkov şəhərinin meri isə qeyd edib ki, Rusiya pilotsuz uçuş aparatları ilə şəhərdəki mülki infrastruktura, anbar və kommunal müəssisənin binasına zərbələr endirib. Lakin ölənlərin olub-olmadığı barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək