Modern.az

İstanbul meri olmaq istəyən 15 NAMİZƏD

İstanbul meri olmaq istəyən 15 NAMİZƏD

12 Fevral 2024, 10:48

Məlum olduğu kimi, 31 mart tarixində Türkiyədə yerli seçkilər keçiriləcək. Seçkilərdə Türkiyənin bütün böyük şəhər (büyükşehir), vilayət (il), rayon (ilçe), mikrorayon (belde) bələdiyyələrinə sədrlər və bələdiyyə məclisi üzvləri, kənd (köy) və məhəllə (mahalle) yerli özünüidarəetmə orqanlarına isə başçılar (muhtar) seçiləcək. Bununla belə, əsas siyasi rəqabətin böyük şəhərlərdə, daha çox isə İstanbulda gedəcəyi sirr deyil.

 

Modern.az İstanbul bələdiyyəsinin sədrliyinə namizədləri təqdim edir:

 

Hazırkı sədr, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu

 

 

İqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurum

 

 

İYİ Partiyanın namizədi Buğra Kavuncu

 

 

Səadət Partiyasının namizədi Birol Aydın

 

 

Xalqların Bərabətlik və Demokratiya Partiyasının (DEM) namizədləri Meral Danış BeştaşMurat Çepni (seçki bülletenində M.D.Beştaşın adı qeyd olunacaq. Partiya həmsədrlik institutu ilə idarə olunur və seçkidə qalib gələcəyi təqdirdə İstanbul bələdiyyəsi də M.D.Beştaş və M.Çepni olmaqla 2 həmsədr tərəfindən idarə olunacaq)

 

 

Zəfər Partiyasının namizədi Azmi Karamahmutoğlu

 

 

Yenidən Rifah Partiyasının namizədi Mehmet Altınöz

 

 

Vətən Partiyasının namizədi İbrahim Okan Özkan

 

 

Millət Partiyasının namizədi Hasan Hüsnü Güner

 

 

Ədalət Birlik Partiyasının namizədi Muharrem Mutlu

 

 

Müstəqil namizəd, Liberal Demokrat Partiyasının (LDP) da dəstəklədiyi Merve Karataş

 

 

Müstəqil namizəd Taylan Yıldız

 

 

Müstəqil namizəd Hülya Kavuzlu Karaman

 

 

Müstəqil namizəd İhsan Akbay

 

 

Həmçinin müstəqil namizəd Bilen Akpınar da İstanbul bələdiyyəsinin sədri olmaq arzusundadır. Ümumilikdə namizədlərin sayı 15-dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi