Modern.az

Paşinyandan Lukaşenkoya sərt sözlər: O prezident olduğu müddətcə...

Paşinyandan Lukaşenkoya sərt sözlər: O prezident olduğu müddətcə...

13 İyun 2024, 11:26

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonu tənqid edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdəki çıxışında danışıb.

 

"Bundan sonra Lukaşenko prezident postunu tutduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa bir daha səfər etməyəcək", - deyə o qeyd edib.

 

Paşinyan buna səbəb kimi Belarus prezidentinin Azərbaycandakı açıqlamalarını göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI