Modern.az

Mirzoyan Nyu-Yorkda Azərbaycanla sülhdən DANIŞDI

Mirzoyan Nyu-Yorkda Azərbaycanla sülhdən DANIŞDI

16 İyul 2024, 19:37

Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində fəal iştirak edir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işləri naziri Ararat Mirzoyan Nyu-Yorkda keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.

 

O, Türkiyə ilə münasibətlərin tam normallaşması üçün bütün səylərin səfərbər olduğunu vurğulayıb.

 

“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir.

 

Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, diplomatik münasibətlərə, sərhədlərin açılmasına və regiona müsbət təsir göstərəcək”, -Mirzoyan deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri