Modern.az

Xarici işlər nazirlərinin “3+3” formatındakı görüş yeri AÇIQLANDI

Xarici işlər nazirlərinin “3+3” formatındakı görüş yeri AÇIQLANDI

19 İyul 2024, 13:30

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü bu yaxınlarda Türkiyədə baş tutacaq.

Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

O xatırladıb ki, platformada iştirak edən xarici işlər nazirlərinin sonuncu iclası Tehranda keçirilib.

Əlavə edək ki, “3+3” formatına Rusiya, İran, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan daxildir.

Hələlik Ermənistan tərəfinin Türkiyədə planlaşdırılan görüşdə iştirak edib-etməyəcəyi məlum deyil.

Bir qayda olaraq, Gürcüstan son vaxtlar platformanın iclaslarını boykot edir və qeyd edir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı işğal altında saxladıqca, Tiflis bu görüşlərdə iştirak etməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri