Modern.az

Ermənistan Hindistan silahlarının ən böyük alıcısı olub

Ermənistan Hindistan silahlarının ən böyük alıcısı olub

24 İyul 2024, 08:52

Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni bürosu Hindistan parlamentinə təqdim edilən iqtisadi hesabata istinadən məlumat yayıb.

 

Hesabatda qeyd olunur ki, keçmiş sovet respublikası Ermənistan “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr bağladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib.

 

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə illəri üçün Ermənistan tərəfindən Hindistan silahlarının alışının həcmi 600 milyon dollara çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri