Modern.az

Türkiyə ordusunda general və admiralların sayı ARTIRILIR

Türkiyə ordusunda general və admiralların sayı ARTIRILIR

Dünya

2 Avqust 2024, 08:48

Türkiyə Ali Hərbi Şurası ölkənin Silahlı Qüvvələrinin sıralarında yeni təyinatlar və kadr dəyişiklikləri barədə elan edib.

 

Modern.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Şuranın iclası Ankarada keçirilib.

 

Türkiyə Ali Hərbi Şurasının qərarına əsasən, 23 general və admiralın rütbəsi qaldırılıb, 77 polkovnikə isə general və admiral rütbəsi verilib.

 

Eyni zamanda, 34 general və admiralın xidmət müddəti bir il, 455 polkovnikin isə iki il uzadılıb.

 

Bundan əlavə, ümumilikdə 31 general və admiral təqaüdə göndərilib.

 

Qərar avqustun 30-dan qüvvəyə minəcək və bununla da Türkiyə ordusunda xidmətdə olan general və admiralların sayı hazırkı 281-dən 327-yə çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR