Modern.az

Memuar yazan Sabir Rüstəmxanlı kömək İSTƏDİ

Memuar yazan Sabir Rüstəmxanlı kömək İSTƏDİ

Ədəbi̇yyat

19 İyul 2024, 17:47

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi dəqiqləşən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlı xatirələrindən ibarət memuar yazmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı olmuş VHP sədri bununla bağlı açıqlamasında deyib:

“Bir neçə aydır ki, xatirələrimi yazıram. Çox çətin bir işdir. Çətinliyi ondandır ki, bir çox önəmli olaylar, görüşlər, həyatımdan keçən insanlar yaddaş ümidinə qalıb. Yaddaşım möhkəm idi və düşünürdüm hər şey zehnimə elə həkk olunur ki, heç bir qeyd dəftərinə ehtiyac qalmayacaq. İndi görürəm, yanılmışam. Rastlaşdığım tanışlar bəzən köhnə günlərimizlə bağlı elə sözlər deyir, elə epizodlar danışırlar ki, yaddaşımda qaralmaqda, qarışmaqda olan aylara, illərə işıq salır”.
 

S.Rüstəmxanlı sosial media vasitəsilə onu tanıyanlara müraciət edib:

“Bəs siz görüşlərimiz, tanışlıqlarımız, birgə işimiz və yolumuzla bağlı nəyi xatırlayırsınız? Zəhmət olmasa yazın. Aldığım bütün mətnlərin, xatirələrin müəllifini göstərəcəyimə əmin ola bilərsiniz. Qabaqcadan təşəkkür edirəm…”.

Qeyd edək ki. S.Rüstəmxanlı müxtəlif vəzifələrdə işləyib. O, 1967–1978-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, xüsusi müxbir, şöbə müdiri işləyib, hərbi xidmət keçib. 1978-ci ildən “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışıb. 1989–1991-ci illərdə “Azərbaycan” qəzetini təsis edib onun ilk baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992−1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü və altıncı çağırış Milli Məclisin deputatı olub.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri