Modern.az

Bakıda vətəndaşın evi başına uçuruldu - Dövlət qurumlarından kömək istədi - FOTOLAR

Bakıda vətəndaşın evi başına uçuruldu - Dövlət qurumlarından kömək istədi - FOTOLAR

14 Yanvar 2022, 14:13

Bakı şəhərinin sakinləri Rafayel Abbasov və Elnarə Şahinin paytaxtdakı mənzilini yerlə-yeksan ediblər. Modern.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. Zərərçəkənlərin “Əhmədbəy Ağaoğlu küçəsi 18” ünvanındakı mənzili “Aybir” MTK tikinti şirkəti tərəfindən dağıdılıb.

Şikayətçi vətəndaşlar saytımıza bildiriblər ki, hadisə 30.12.2021-ci il tarixində, saat 23:00-da törədilib:

“"Aybir” MTK tikinti şirkəti qanunsuz olaraq bizim yeganə mülkümüzdə söküntü işləri aparıb. Bayramqabağı, xəbərimiz olmadan, əşyalarla dolu evimizi yerlə bir ediblər”.   

Şikayətçilər deyiblər ki, Bakı şəhər icra Hakimiyyəti başçısının “Aybir” MTK ilə bağlı 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci tarixli 247 saylı sərəncamları və ayrıc aktı heç də əsas vermir ki, ərizədə yaşayan və fəaliyyət göstərən şəxslərin mülkiyyət hüquqlarını pozsun və onların sərəncam vermə və istifadə hüquqlarına məhdudiyyətlər yaratsın:


“2005-ci il tarixli, 107 saylı sərəncam 19 il sonra icra edilirsə, bunu özü də artıq qüvvədən düşmüş sayıla bilər. Həmin sərəncamın 19 ildən istifadə olunması bizə məlum olmayan vasitələrlə reallaşıb və əslində araşdırmaya səbəb olmalıdır”.

Mülkü dağıdılan vətəndaşlar Rafayel Abbasov və Elnarə Şahin bildiriblər ki, faktla bağlı Baş prokuror Kamran Əliyevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə şikayət ərizəsi yazaraq kömək istəyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi