Modern.az

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Hadisə

24 May 2024, 09:10

Göyçayda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Bu barədə Modern.az-a Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

 

Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı