Modern.az

Xocalıda ağır qəza - Ölən var 

Xocalıda ağır qəza - Ölən var 

Hadisə

25 İyul 2024, 19:13

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə saat 11 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Təmkin Şahpələngəvon idarə etdiyi “Shacman” markalı yük maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional qrupunun rəhbəri Eşqin Qasımov faktı təsdiqləyib və araşdırma aparıldığını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri