Modern.az

Yük maşınının vurduğu piyada iki gün sonra öldü

Yük maşınının vurduğu piyada iki gün sonra öldü

5 Sentyabr 2024, 09:34

Bakıda yük avtomobilinin vurduğu piyada iki gün sonra ölüb.

Modern.az xəbər verir ki, Suraxanı rayonu, sentyabrın 3-də Binə qəsəbəsində 1990-cı il təvəllüdlü Kamran Salmanov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə piyada - 61 yaşlı İslah Məmmədquliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq İ. Məmmədquliyev ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB