Modern.az

Azərbaycanlı hakim “Qalatasaray”ın oyununda

Azərbaycanlı hakim “Qalatasaray”ın oyununda

29 Noyabr 2023, 22:19

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, Çağırış Kubokunun 1/8 final oyununda iş başında olacaq.

 

Z.Hacıyev “Qalatasaray Daikin” (Türkiyə) – “Visbaden” (Almaniya) görüşündə birinci hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşma noyabrın 30-da İstanbulda baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri