Modern.az

Zidanın oğlu “Real Madrid”i II liqa klubuna dəyişdi

Zidanın oğlu “Real Madrid”i II liqa klubuna dəyişdi

İdman

11 İyul 2024, 12:24

Fransalı veteran futbolçu Zinəddin Zidanın oğlu Teo Zidanın yeni klubu bəlli olub.

 

Modern.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azad agent kimi “Kordoba” komandasına keçib. Onunla 2 illik müqavilə imzalanıb.

 

“Real Madrid”in yetirməsi olan T.Zidan son olaraq klubun ikinci komandasında çıxış edib.

 

Qeyd edək ki, “Kordoba” yeni mövsümdə İspaniya Sequndasında mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu