Modern.az

“Neftçi”nin yoxlama oyunu ləğv olundu

“Neftçi”nin yoxlama oyunu ləğv olundu

İdman

25 İyul 2024, 15:00

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin dördüncü yoxlama oyunu ləğv olunub.

 

Klubdan Modern.az-a verilən məlumata görə, buna səbəb rəqib komanda “Əl-Oruba”nın (Səudiyyə Ərəbistanı) matçdan imtina etməsidir.

 

Əvəzində, “ağ-qaralar” ikitərəfli oyun keçirəcək.

 

Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış “Neftçi” toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri