Modern.az

Turun son oyununda "Zirə" qələbə qazandı

Turun son oyununda "Zirə" qələbə qazandı

İdman

11 Avqust 2024, 23:21

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə "Sabah" və "Zirə" komandaları üz-üzə gəliblər. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Zirə"nin heyətində qolları Rafael Utziq və Salifu Suma vurublar.

 

Günün ilk oyununda "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

 

Turun daha əvvəl baş tutan qarşılaşmalarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz-Naxçıvan" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə bərabərliklə bitib - 1:1.

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ