Modern.az

İki qadın cüdoçumuz Avropa çempionu oldu 

İki qadın cüdoçumuz Avropa çempionu oldu 

İdman

5 Sentyabr 2024, 19:28

Azərbaycan iki qadın cüdoçusu Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 48 kiloqramda Könül Əliyeva və 57 kiloqramda Fidan Əlizadə finalda öz rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

60 kiloqram çəkidə mübarizə aparan kişi cüdoçu Nizami İmranov isə həlledici görüşdə uduzaraq gümüş mükafata layiq görülüb.

 

Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu